İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Lester Siti” evdə “Blekbern”ə uduzaraq mübarizəni dayandırıb. “Stok Siti”nin qonağı olan “Brayton” 1/4-ə vəsiqəni tək qolla təmin edib. “Fulhem” “Lids” üzərindəki inamlı qələbə ilə arzusuna çatıbsa, “Mançester Siti” də “Bristol Siti” səddini darmadağınla keçib.
İngiltərə Federasiya Kuboku 1/8 final 28 fevral
Stok Siti – Brayton 0:1 Qol: Ferquson, 30.
Lester Siti – Blekbern 1:2 Qol: İheanaço, 67 – Dolan, 33. Şmodiç, 52.
Fulhem – Lids 2:0 Qol: Palinya, 21. Solomon, 56.
Bristol Siti – Mançester Siti 0:3 Qol: Foden, 7; 74. De Bruyne, 81.
1 mart
23:15. Sauthempton – Qrimsbi 23:30. Bernli – Flitbud 23:45. Mançester Yunayted – Vest Hem 23:55. Şeffild Yunayted – Tottenhem