"Mançester Siti" heyətinə 17 yaşlı futbolçu cəlb edir.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" "Espanyol"un yetirməsi Mateus Fernandeslə müqaviləyə imzalamağa hazırlaşır.
Gənc hücumçu İspaniya futbolunun yeni doğan ulduzu hesab olunsa da, bu mövsüm Kataloniya təmsilçisinin nə əsas, nə də əvəzedici komandasında oynamaq şansı qazanmayıb. Bu səbəbdən futbolçu klubundan transferə çıxarılmağı xahiş edib. Mateus Fernandesin transfer qiyməti açıqlanmır.
Röya