"Mançester Siti” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstraliya millisinin və "Melburn” klubunun üzvü Daniel Arzanini heyətinə qatıb. 19 yaşlı İran əsilli futbolçu Artıq İngiltərəyə gəlib. Müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Arzani Rusiyada keçirilən 2018-ci il dünya çempionatının ən gənc futbolçuusu kimi tarixə düşüb (19 yaş, 5 ay, 10 gün).
Fanat.Az