"Mançester Siti" bir neçə aparıcı futbolçusu ilə yollarını ayırmağı düşünür.
Fanat.Az "Catalunya Ràdio"ya istinadən xəbər verir ki, Premyer Liqa klubu Rəhim Sterlinq (Raheem Sterling), Riyad Marez (Riad Mahrez), Emerik Laport (Emeric Laporte) və Bernardu Silva (Bernardo Silva) ilə vidalaşmaq niyyətindədir.
"Qırmızı şeytanlar" bu futbolçuları "Barselona"ya təklif edə bilər. Ancaq Kataloniya klubu ilə hər hansısa bir anlaşmanın əldə olunacağı dəqiq deyil.
Qeyd edək ki, "Barselona"nın fransalı futbolçusu Antuan Qrizmann (Antoine Griezmann) həm də "Mançester Siti"nin maraq dairəsindədir.
Emin Şəmsiyev