İngiltərənin "Mançester Siti" klubu Argentinanın "River Pleyt" komandasının futbolçusu Xulian Alvaresi transfer edib.
Fanat.Az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu 5,5 illik müqaviləyə imza atıb.
Gənc forvard yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, hələlik "River Pleyt"də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Xulian Alvares bu mövsüm Argentina çempionatında vurduğu 18 qolla bombardir olub. "Mançester Siti"nin futbolçu üçün 18,5 milyon avro təzminat ödədiyi bildirilib.