"Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Sports Illustrated"ə istinadən xəbər verir ki, "Mançester Siti" Talyafikonun xidmətində maraqlıdı. "Şəhərlilər" yeni mövsüm ərəfəsində müdafiənin sol cinahını gücləndirmək niyyətindədi. Prioritet hədəflər sırasında argentinalı futbolçunun adı ön sıralardadı.
"Lester", "Çelsi" və "Arsenal" da Talyafikonu heyətlərinə cəlb etməyə çalışırlar.
2019-20 mövsümündə 35 matçda forma şansı əldə edən 27 yaşlı oyunçu 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az