"Bornmut"un müdafiəçisi Natan Ake "Mançester Siti"yə keçmək üzrədi.
Fanat.Az jurnalist Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, "Siti" 43 milyon avro (39 milyon funt) qarşılığında niderlandlı futbolçunun transferini razılaşdırıb. Keçidin rəsmiləşməsi an məsələsidi.
İki il əvvəl Jorjinyonun transferi zamanı "Napoli" ilə "şəhərlilər" arasında problem yaranması səbəbindən, baş məşqçi Pep Quardiolanın Kalidu Kulibalidən imtina etdiyi bildirilir. O zaman Neapol təmsilçisi Jorjinyonu MS-yə yox, "Çelsi"yə satmışdı.
Ake 2019-20 mövsümündə Premyer Liqada 29 matçda meydana çıxıb və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, növbəti mövsüm "Bornmut" Çempionşipdə mübarizə aparacaq.
Fanat.Az