"Mançester Siti" axtardığı müdafiəçini İtaliyada tapıb - 75 milyonluq transfer

"Mançester Siti" axtardığı müdafiəçini İtaliyada tapıb - 75 milyonluq transfer
"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az jurnalist Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, "Mançester Siti" Kulibali ilə ciddi şəkildə maraqlanır.
29 yaşlı futbolçunun meneceri Fali Ramadanı ötən həftə sonu "Napoli"nin prezidenti Aurelio De Laurentislə görüşüb və onu "şəhərlilər"in müştərisinə olan marağı barədə məlumatlandırıb. Neapol təmsilçisi Kulibali qarşılığında 75 milyon avro tələb edir. Hazırda bu məbləği ödəmək gücündə olmayan "Siti" endirim tələb edir.
Daha öncə seneqallı oyunçunun adı "Liverpul"la birlikdə hallanırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər