"Mançester Siti" afrikalı oyunçunun klubuna 63 milyon təklif etdi

"Mançester Siti" afrikalı oyunçunun klubuna 63 milyon təklif etdi
"Mançester Siti" "Napoli"nin müdafiəçisi Kalidu Kulibalini heyətə qatmaq yönündə ilk addımını atıb.
Fanat.Az xəbər verir ki, bunu "Twitter" hesabında jurnalist Tankredi Palmeri yazıb.
O, "şəhərlilər"in 29 yaşlı seneqallıya görə qarşı tərəfə 63 milyon avro təklif etdiklərini bildirib. Yaydığı informasiyaların çoxu doğrulan Palmeri Neapol klubunun Kalidunu satmağa razı olduğunu, amma daha çox pul istədiyini vurğulayıb.
Kalidu "Napoli"də 2014-cü ildən top qovur. Sözügedən müdafiəçi 2019/20 mövsümündə A Seriyasında 25 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər