"Mançester Siti" "Fiorentina"nın hücumçusu Duşan Vlaxoviçi transfer etmək istəyir.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, "şəhərlilər" artıq Florensiya təmsilçisinə rəsmi təklif də göndərib.
"Tottenhem Hotspur"un forvardı Harri Keynin transferini həll edə bilməyən Mançester klubu diqqətini Vlaxoviçə yönəldib.
Daha öncə Madrid "Atletiko"sunun 21 yaşlı serbə görə "Fiorentina"ya 70 milyon avro və müxtəlif bonuslar təklif etdiyi barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, geridə qalan mövsümdə Vlaxoviç A Seriyasında 37 oyuna çıxıb. Bu matçlarda 21 qol vuran Duşan çempionatın ən yaxşı gənc oyunçusu seçilib.
Nihat