"Mançester Siti" 754 gündən sonra bunu bacarmadı

"Mançester Siti" 754 gündən sonra bunu bacarmadı

İngiltərə Premyer Liqasının 30-cu turunda öz meydanında "Arsenal" ilə qolsuz bərabərliyə razılaşan "Mançester Siti"nin uğurlu seriyası qırılıb.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" 754 gündən sonra evdə rəqib qapısına yol tapa bilməyiblər.

Xosep Qvardiolanın komandası son dəfə "doğma divarlar arası"nda 2022-ci ildə, Çempionlar Liqasının 1/8 fnal mərhələsində Lissabon "Sportinq"ini məyus etməyi bacarmamışdı. Həmin görüşdən sonra MS Mançesterdə çıxdığı 57 duelin hamısında qol sevinci yaşamışdı.

Qeyd edək ki, 64 xala malik "Mançester Siti" hazırda İPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər