“Mançester Siti” 200 milyona futbolçu transfer edir

“Mançester Siti” 200 milyona futbolçu transfer edir
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücum xəttini gücləndirmək istəyir. Fanat.Az xəbər verir ki, mütəxəssis bu məqsədlə "Yuventus”un forvardı Paulo Dibalanın alınmasını tələb edib.
O, hazırda "şəhərlilər”in formasını geyinən Serxio Aqueronun gələcəkdə ayrılmaq ehtimalını nəzərə alaraq, indidən ona alternativ düşünməyə başlayıb. Qvardiolanın ilkin variantı məhz Dibaladı.
İngilislər bu keçidin baş tutması üçün 200 milyon avro xərcləməyə hazırdılar. "Mançester Siti” rəhbərliyi mövsümün sonunda qarşı tərəfə rəsmi təkliflə müraciət edəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər