"Mançester Siti" 18 yaşlı futbolçu aldı

"Mançester Siti" 18 yaşlı futbolçu aldı
"Mançester Siti" Argentinanın "Estudiantes" klubunda çıxış edən Dario Sarmyentonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" və "Sky Sports"un idman yazarı Fabrisio Romano məlumat yayıb. 
İtalyan jurnalist tvitter hesabı üzərindən bildirib ki, İngiltərə təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin keçidini artıq həll edib. Dario Premyer Liqa təmsilçisinə 6 milyon dollara başa gəlib. Bonusların dəyəri isə 12 milyon dollar qeyd olunub. 
Bundan əlavə, "şəhərlilər" gənc futbolçunu başqa kluba satdıqları halda "Estudiantes" məbləğin 20 %-ni əldə edəcək. 
 
Qeyd edək ki, Dario yeni klubuna iyulun 1-i tarixində qoşulacaq. 
 
Röya
 
"Mançester Siti" 18 yaşlı futbolçu aldı
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər