"Mançester Siti" 15 yaşlı vunderkindlə anlaşdı

"Mançester Siti" 15 yaşlı vunderkindlə anlaşdı

15 yaşlı qapıçı Spayk Brits İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Siti"də çıxış etməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial çəbəkə hesabında paylaşım edib.

Onun məlumatına görə, “şəhərlilər” artıq yeniyetmə qapıçı ilə anlaşıblar və yaxın günlərdə İngiltərənin gənclərdən ibarət komandasının qapıçısının transferini reallaşdırmağı planlaşdırırlar. Hərçənd, "Mançester Siti"dən başqa, "Brentford" da britaniyalı vunderkindlə yaxından maraqlanır.

İngiltərə Premyer Liqasının cari mövsümündə Xosep Qvardiolanın yetirmələri 32 oyundan sonra 76 xal toplayıb. Komanda ikinci yerdə qərarlaşan “Arsenal”ı bir xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər