"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşü kənardan izləyəcək

"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşü kənardan izləyəcək
İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsində ilk turun "Qarabağ"a qarşı matçında texniki zonada əyləşə bilməyəcək.
Fanat.Az xəbər verir ki, səbəb 51 yaşlı mütəxəssisin cəzalı olmasıdır. Yunanıstanlı baş məşqçi Avstriyada "Zaltsburq"a 1:3 (ilk görüş - 1:2) hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə texniki zonadan qovulub.
Donis "Qarabağ"la matçı tribunadan izləməli olacaq.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report.az)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər