Mahir "Napoli"ini "sancdı", komandasını "kötəklədilər" 

Mahir "Napoli"ini "sancdı", komandasını "kötəklədilər" 

Bu gün Polşa "Legiya"sı UEFA Avropa Liqasının C qrupunda 4-cü turun oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası öz meydanında "Napoli"ni qəbul edib.

Varşavada baş tutan görüş Bakı vaxtı ilə 21:45-də başlayıb. Emreli bu qarşılaşmada start "11-lik"də yer alıb.

Hesabı Polşa təmsilçisi açıb. Varşavalıların qolunu 10-cu dəqiqədə Mahir vurub. Lakin qonaqlar sonradan 4 dəfə meydan sahiblərinin qapısına yol taparaq evə parlaq qələbə ilə dönüb.

Hesabında 7 xal olan "Napoli" qrup lideridir. İkinci yerdə olan "Legiya" qərarlaşıb. Digər oyunda Moskva "Spartak"ı ilə qarşılaşan (1:1) "Lester Siti" 3-cü, Rusiya komandası 4-cü pillədə mövqe tutub.

 

S   Komanda O Q H M V B F X
1   Napoli 4 2 1 1 11 6 5 7
2   Legiya 4 2 0 2 3 7 -4 6
3   Lester Siti 4 1 2 1 7 7 0 5
4   Spartak 4 1 1 2 7 8 -1 4

 

   1/8 final         Pley-off         Konfrans Liqa/pley-off

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər