Əvəzedicilərin yarışında XXVII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
"Qarabağ" - "İnter" oyununda 7 qol vurulub. Dieqo Madriqalın het-trik etdiyi oyunda "İnter" 5:2 hesablı qələbə qazanıb.
4 qolun vurulduğu "Xəzər Lənkəran" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2. "Simuiq" AZAL-ı 2:1, "Neftçi" "Bakı"nı 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Qəbələ" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
III dövrə, XXVII tur
31 mart
Simurq - AZAL 2:1
Qollar: Oruc Balaşlı, 8. Sahib Abbasov, 59 - İsa Zeynallı, 90+1-pen.
Neftçi - Bakı 1:0
Qol: Mirabdulla Abbasov, 45.
Xəzər Lənkəran - Sumqayıt 2:2
Qollar: Mikayıl Rəhimov, 61 (avtoqol). Namiq Qocayev, 75 - Mikayıl Rəhimov, 18. Fərid Kərimzadə, 71.
Qarabağ - İnter 2:5
Qollar: Tural Hümbətov, 19 (avtoqol). Tural Rzayev, 87 - Dieqo Madriqal, 7; 9. 53. Elmir Süleymanov, 12. Bilal Qənbərov, 48.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Simurq | 24 | 15 | 2 | 7 | 55:28 | 47 | |
| 2 | İnter | 24 | 14 | 4 | 6 | 61:33 | 46 | |
| 3 | Qəbələ | 24 | 11 | 6 | 7 | 37:32 | 39 | |
| 4 | Neftçi | 24 | 10 | 6 | 8 | 34:34 | 36 | |
| 5 | Xəzər L | 24 | 10 | 5 | 9 | 31:38 | 35 | |
| 6 | Qarabağ | 24 | 9 | 3 | 12 | 34:41 | 30 | |
| 7 | AZAL | 24 | 7 | 7 | 10 | 26:34 | 28 | |
| 8 | Bakı | 24 | 8 | 2 | 14 | 36:44 | 26 | |
| 9 | Sumqayıt | 24 | 3 | 7 | 14 | 29:59 | 16 | |
|
Bombardirlər | Oruc Balaşlı (Simurq) - 19. Cavid Muxtarzadə (Neftçi), Raul Yaqubzadə (Bakı) - 13. Mirsahib Abbasov (İnter) - 12. Mirabdulla Abbasov (Neftçi), Nicat Muxtarov (Simurq) - 9. Fuad Məmmədzadə (Qarabağ), İlkin Sadıqov (İnter) - 8. | |||||||
Fanat.az