Macarıstan mətbuatından seçmələr: "Qarabağ" "Ferentsvaroş"un müdafiəsini parçaladı"

Macarıstan mətbuatından seçmələr: "Qarabağ" "Ferentsvaroş"un müdafiəsini parçaladı"

Macarıstan mediası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ferentsvaroş” – “Qarabağ” matçına (1:3, ilk oyun 1:1) geniş yer ayırıb.

Fanat.Az xəbər verir ki, demək olar, bütün yazılarda Budapeşt təmsilçisinin məğlubiyyətindən təəssüf ifadə olunub.

“M4sport”: “Qonaqlar matça daha cəsarətli başladılar. “Ferentsvaroş” mərkəz xəttini keçə bilmirdi. “Qarabağ”ın yüksək pressinqi 7-ci dəqiqədə onların qol vurmasına səbəb oldu”.

csakfoci.hu: “Ferentsvaroş”un müdafiədəki kobud səhvi komandanın ÇL-lə vidalaşmasına gətirib çıxardı. “Qarabağ” “Ferentvaroş”un müdafiəsini parçaladı”.

“Nemzety Sport” nəşri: “"Qarabağ" rəqibini bütün göstəricilərdə üstələdi. Heç bir şübhə yoxdur ki, ən yaxşı və ən güclü komanda növbəti mərhələyə adladı. Burada onlar ÇL-in qrupuna düşmək üçün “Viktoriya” ilə yarışacaqlar. “Yaşıl-ağlar” isə Avroliqanın qrupunda oynamaq üçün iki görüş keçirməlidirlər. Belə görünür ki, Avropanın ən yaxşı turnirində yarışmaq hələ “Ferensvaroş”un səviyyəsi üçün deyil”.

“Nevzava” nəşri: “Məgər buna görə Macarıstan çempionatındakı oyun təxirə salındı?”

“Oriğo” saytı: “Bu gün meydanda görünmədik. Start fitindən sonra matça yaxşı başlamadıq, heç nə planlaşdırdığımız kimi getmədi. Daha dominant rəqibə uduzduq. Bu, layiqli məğlubiyyət idi”.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər