Macarıstanın "Diosqyori" klubunun baş məşqçisi Şandor Eqervari "Qarabağ"la oyundan danışıb. Fanat.az xəbər verir ki, 65 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında 0:4 hesabı ilə uduzduqları matçla bağlı bunları deyib:
"İlk hissədə biz çox yaxşı oynadıq. Matç ərzində iki fərqli zaman kəsiyi oldu. Birinci hissə ilə matçın son 15 dəqiqəsi arasında ciddi fərq var idi. Son 15 dəqiqədə başladığımız kimi oynaya bilmədik. İlk topu künc zərbəsindən buraxmağımız da futbolçularımıza çox pis təsir etdi. Halbuki, ilk yarıdakı oyundan biz razı qala bilərik. Həmin vaxt futbolçularda oyun intizamı və ritm qaydasında idi. Fasilədən sonra çoxsaylı əvəzetmələr komandalar arasında səviyyə fərqini ortaya qoydu və rəqib layiq olduğu böyük hesablı qələbəni qazandı”.
Fanat.az