Lunyov “Qarabağ”dan ayrılır? - AÇIQLAMA

Lunyov “Qarabağ”dan ayrılır? - AÇIQLAMA

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov ölkəsindən yeni təkliflər alıb. 

Fanat.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

32 yaşlı qolkiperin "Rubin" və "Rostov"un hədəfində olduğu bildirilir.

“Sport-Express” nəşri bununla bağlı "Qarabağ"ın baş meneceri Asif Əsgərovla da əlaqə saxlayıblar. Klub rəsmisi Rusiya təmsilçilərinin Lunyovla maraqlanması barədə yayılan məlumatlara belə münasibət bildirib: “Rubin" və ya başqası Lunyova görə bizimlə əlaqə saxlamayıb. İstənilən halda, Andrey bizim qapıçımızdır. Biz onu buraxmaq fikrində deyilik”. 

Bu mövsüm "Qarabağ"ın heyətində 15 oyun keçirən rusiyalı qolkiper 14 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" Lunyovu 1 milyon avro dəyərində qiymətləndirir. Onun "Qarabağ"la 2024-cü ilin 30 iyununa qədər müddətə müqaviləsi var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər