Lüksemburqda "Qarabağ" "sülh"ü - Çexlər Bakıya gəlir

Lüksemburqda "Qarabağ" "sülh"ü - Çexlər Bakıya gəlir
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olub.
 
İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansı yüksək idi. Meydan sahibləri oyuna fəal başlayıb və 37-ci dəqiqədə penalti şansı qazanıb. Amma David Turpel şansdan yararlana bilməyib. Əvəzində onlar 72-ci dəqiqədə Momar Ndayenin qoluna sevinib. "Qarabağ" buna 90+4-cü dəqiqədə Reynaldo Silvanın qolu ilə cavab verərək mərhələ adlayıb.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Viktoriya” (Çexiya) ilə üz-üzə gələcək. 
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:1
Qol: Momar Ndaye, 72 - Reynaldo Silva, 90+4.
Qol olmayan penalti: David Turpel, 37.
Düdelanj: 1. Conatan Huber (k), 2. Klayton, 5. Tom Şnell, 9. Daniel Da Mota (30. Aleksandr Laurentie, 80), 19. Rodrige Dikaba, 21. Dominik Ştolz, 25. Kevin Nakaçe (8. Mario Pokar, 66), 26. Cerri Prempe, 27. Brian Melisse, 77. David Turpel, 99. Momar Ndaye (7. Sanel İbrahimoviç, 86).
Ehtiyat oyunçular: 33. Co Frizinq, 10. Yasin Benayba, 11. Dilan Deliynu, 22. Stelvio Da Kruz.
Baş məşqçi: Dino Toppmöller.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (91. Coşqun Diniyev, 82), 5. Maksim Medvedev, 8. Mişel, 9. Reynaldo Silva, 10. Muarem Muarem (11. Mahir Mədətov, 70), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (22. Əfran İsmayılov, 90+5).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 31. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Bədavi Hüseynov, 18. Mişel, 27. Rəşad Sadıqov, 65. Coşqun Diniyev, 87 - Rodrige Dikaba, 23. Mario Pokar, 83. 
Hakimlər: Kevin Klansi, Stüart Stevenson, Sin Karr, Donald Robertson (Şotlandiya).
Düdelanj. “Yos Nosbaum” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər