“Liverpul” qalib gəldi, “Çelsi” uduzdu, “Arsenal” xal itirdi

“Liverpul” qalib gəldi, “Çelsi” uduzdu, “Arsenal” xal itirdi

İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha 5 görüş baş tutub.

“Arsenal”la “Tottenhem”in məhsuldar alınan duelində qalib müəyyənləşməyib. “Liverpul” evdə “Vest Hem”ə qalib gəlibsə, “Çelsi” “Aston Villa”ya məğlub olub. “Nyukasl” da səfərdə “Şeffild Yunayted”ə 8 cavabsız qolla qalib gəlib.

Hazırda 18 xala malik “Mançester Siti” vahid liderdir. “Liverpul” 16 xalla ikinci, “Brayton” 15 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”lə “Arsenal”ın 14, “Mançester Yunayted”in 9 xalı var. 

İngiltərə, Premyer Liqa 6-cı tur 23 sentyabr

Kristal Pelas – Fulhem 0:0

Luton Taun – Vulverhempton 1:1 Qollar: Morris, 65-pen – Neto, 50.

Mançester Siti – Nottingem Forest 2:0 Qollar: Foden, 7. Haland, 14.

Brentford – Everton 1:3 Qollar: Yensen, 28 – Dukure, 6. Tarkovski, 67. Levin, 71.

Börnli – Mançester Yunayted 0:1 Qol: B.Fernandes, 45.

24 sentyabr

Arsenal – Tottenhem 2:2 Qollar: K.Romero, 26-öz qapısına. Saka, 54-pen – Son, 42; 55.

Brayton – Bornmut 3:1 Qollar: Kerkez, 45+2-öz qapısına. Mitoma, 46; 77 – Solanke, 25.

Çelsi – Aston Villa 0:1 Qol: Uotkins, 73.

Liverpul - Vest Hem 3:1 Qollar: Salah, 16-pen. Nunes, 60. D.Jota, 85 – Bouen, 42.

Şeffild Yunayted – Nyukasl 0:8 Qollar: Lonqstaff, 21. Born, 31. Botman, 35. Uilson, 56. Qordon, 61. Almiron, 68. Gimaraynş, 73. İsak, 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər