"Liverpul" "Mançester Siti"ni 3 qolla "yola saldı" - VİDEO

"Liverpul" "Mançester Siti"ni 3 qolla "yola saldı" - VİDEO
İngilətərə Premyer Liqasında XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Liverpul" "Mançester Siti"ni qəbul edib. Çempionluğa iddialı iki rəqibin görüşündə  qol vurulub və "qırmızılar" 3:1 hesablı qələbə qazanıb.
"Liverpul"un heyətində Fabinyo, Məhəmməd Salah və Sadio Mane fərqlənib. "Mançester Siti"nin yeganə qoluna isə Bernardo Silva imza atıb.
Qeyd edək ki, "Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. 2-3-cü pillələri tutan "Lester" və "Çelsi"nin 26, 4-cü yerdə qərarlaşan "Mançester Siti"nin 25 xalı var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər