Liqa 1: "Qarabağ"ın rəqibi səfərdə "partladı"

Liqa 1: "Qarabağ"ın rəqibi səfərdə "partladı"

Fransa Liqa 1-də 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

"Nant" - "Nitsa" və "Tuluza" - "Anje" matçları qollu bərabərliklə bitib. “Oser” evdə “Reyms”i üstələyib. “Monpelye”nin qonağı olan "Olimpik Marsel" 3 xalı darmadağınla alıb.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Olimpik Lion" isə səfərdə “Havr”ı 4 cababsız qolla yenib.

Hazırda PSJ və “Monako”nun 20, "Olimpik Marsel"in 17, “Lill”, “Lans” və “Reyms”in 14, “Olimpik Lion”un 13 xalı var.

Fransal Liqa 1

8-ci tur

18 oktyabr

Monako – Lill 0:0

19 oktyabr

Brest – Renn 1:1 Qollar: Del Kastilyo, 54 – Jota, 86.

Sent Etyen – Lans 0:2 Qollar: Frankovski, 20. Laskari, 79.

PSJ – Strasburq 4:2 Qollar: Mayulu, 18. Asensio, 47. Barkola, 66. Li Kanq, 90 – Mara, 58. Dyonq, 90+1.

20 oktyabr

Havr – Olimpik Lion 0:4 Qollar: Abner, 32. Fofana, 57. Lakasette, 71. Benrahma, 87.

Oser – Reyms 2:1 Qollar: Diomande, 16. Traore, 52 – Nakamura, 90+5.

Nant – Nitsa 1:1 Qollar: Ablin, 67 – Gessan, 72.

Tuluza – Anje 1:1 Qollar: Kinq, 64- Nyane, 5.

Monpelye – Olimpik Marsel 0:5 Qollar: Vahi, 1. Harit, 36. Hoybyerq, 40. Qrinvud, 58. Luis Enrike, 73.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər