Liqa 1: PSJ 3 xalı 1 qolla qazandı

Liqa 1: PSJ 3 xalı 1 qolla qazandı

Fransa Liqa 1-də 2025/26 mövsümünün ilk turu yekunlaşıb.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 görüş reallaşıb.

"Brest" – "Lill" qarşılaşması məhsuldar bərabərliklə başa çatıb. "Anje" evdə "Paris"i, "Oser" "Loryan"ı tək qolla yenibsə,  PSJ də səfərdə “Nant”ı, "Strasburq" "Mets"i minimal hesabla üstələyib.

Fransa Liqa 1 1-ci tur 15 avqust

Renn – Olimpik Marsel 1:0 Qol: Blas, 90+1.

16 avqust

Lans – Olimpik Lion 0:1 Qol: Mikautadze, 45+1.

Monako – Havr 3:1 Qollar: Lyoris, 32-öz qapısına. Dayer, 61. Akliuş, 74 – Ndiaye, 67.

Nitsa – Tuluza 0:1 Qol: Sidibe, 90.

17 avqust

Brest – Lill 3:3 Qollar: Dumbiya, 34; 51. Le Kardinal, 75 – Jiru, 11. Haraldsson, 26. Mukau, 66.

Anje – Paris 1:0 Qol: Lepaul, 9.

Oser – Loryan 1:0 Qol: Sinayoko, 53.

Mets – Strasburq 0:1 Qol: Paniçelli, 86.

Nant – PSJ 0:1 Qol: Vitinya, 67.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər