"Lex"in yeni baş məşqçisi "Qarabağ"dan danışdı

"Lex"in yeni baş məşqçisi "Qarabağ"dan danışdı

UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına danışıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis Ağdam təmsilçisi barədə də fikir bildirib: 

"Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən önəmlisi, iyulun 5-də "Qarabağ"la oynayacağımız matça hazır olmaqdır. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var".

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər