“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

"Turan Tovuz" 2008-2015-ci il təvəllüdlü futbolçular üçün seçimlərə başlayır.

Fanat.Az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti elan yayıb.   Tovuz şəhər stadionunda keçiriləcək seçimlər 3 iyun tarixində saat 11:00-da start götürəcək və 6 iyun tarixinədək  davam edəcək. 

3-4 iyun tarixlərində 2012, 2013, 2014 və 2015-ci illər, 5-6 iyun tarixlərində isə 2008, 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçuların seçimləri həyata keçiriləcək. 

Seçimlərdən uğurla keçən futbolçular akademiyamıza qəbul olunacaqlar. Prosesə əlaqələndirici şəxslər Elxan Abdıyev, Kamal Ələkbərov, Ənüşirəvan Ağazadə və Elmir Musayev nəzarət edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər