“Qarabağ”ın rəqibində ayrılıq yaşandı

“Qarabağ”ın rəqibində ayrılıq yaşandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Benfika”da ayrılıq reallaşıb.

Fanat.Az xəbər verir ki, Lissabon klubu vingeri Uqo Felişlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçunun yeni iş yeri də bəllidir. O, Portuqaliyanın digər təmsilçisi “Tondela”ya transfer olunub. 

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu məhz Portuqaliya nəhənginə qarşı keçirəcək. Səfərdə baş tutacaq qarşılaşma sentyabrın 16-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər