“Mançester Siti” və “Real” 1/4 finalda

“Mançester Siti” və “Real” 1/4 finalda

Bu gün Çempionlar Liqasında 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 1/8 finalın cavab görüşləri çərçivəsində daha iki qarşılaşma baş tutub.

"Mançester Siti" ilk oyunda 3:1 hesabı ilə üstələdiyi "Kopenhagen"i qəbul edib. Bu dəfə də rəqibini eyni hesabla üstələyən "şəhərlilər" 1/4 finala yüksəliblər.

"Real" isə ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi "Leypsiq"lə bu dəfə Madriddə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan oyunda "Real" növbəti mərhələyə yüksəlib.

Daha öncə "Bayern" və PSJ də növbəti mərhələyə yüksəlmişdi.

UEFA Çempionlar Liqası 1/8 finalın cavab oyunları 7 mart

“Mançester Siti” (İngiltərə) - “Kopenhagen” (Danimarka) 3:1 Qollar: Akanji, 5. X.Alvares, 9. Holand, 45+3 – M.Elyunussi, 29. İlk oyun - 3:1.

“Real” (İspaniya) - “Leypsiq” (Almaniya) 1:1 Qollar: Vinisius Junior, 65 – Orban, 68. İlk oyun - 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər