“Mançester Siti” Rodrini bu 4 futbolçudan biri ilə əvəzləyəcək - ADLAR

“Mançester Siti” Rodrini bu 4 futbolçudan biri ilə əvəzləyəcək - ADLAR

"Mançester Siti" zədəli yarımmüdafiəçisi Rodriyə əvəzləyici axtarışlarını davam etdirir. 

Fanat.Az xəbər verir ki, qış "transfer pəncərəsi"ndə bu mövqeyə mütləq yeni futbolçu alınacaq.   İnsayder Rudi Qalettinin məlumatına görə, hazırda "şəhərlilər"in həmin mövqeyə dörd namizədi var. İngilis nəhəngi "Atalanta"dan Ederson, "Nyukasl"dan Bruno Gimaraes, "Kristal Pelas"dan Adam Uorton və "Milan"dan Ticani Reyndersdən birini transfer edə bilər. 

Xatırladaq ki, Premyer Liqada 16 görüşdə 27 xal toplayan “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində beşinci yerdədir. Pep Qvardiolanın komandası bütün turnirlərdə keçirdiyi son 11 matçda 8 məğlubiyyətlə üzləşib. "Şəhərlilər" Çempionlar Liqasında 6 oyundan sonra 8 xalla 22-ci pillədə qərarlaşırlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər