"Latsio" ilə "Milan"da işləmərəm" - Joze Mourinyu

"Latsio" ilə "Milan"da işləmərəm" - Joze Mourinyu

“Roma”nın baş məşqçisi Joze Mourinyu heç vaxt işləmək istəmədiyi klubların adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, İtaliya mətbuatına danışan portuqaliyalı mütəxəssis nə vaxtsa imkan yaranacağı halda, “Latsio” və “Milan”ı çalışdırmayacağını deyib:   “Biz peşəkar insanlarıq. Lakin daha əvvəl çalışdığımız yerlərə görə işləməməli olduğumuz klublar var. 2010-cu ildən sonra “Roma” mənə təklif göndərən ilk klub idi. Digərlərindən fərqli olaraq mən bu təklifi qəbul etdim. Bundan sonra “Roma”nın əzəli rəqibi olan “Latsio”da işləmərəm. Daha əvvəl “İnter”də də işləmişəm. “Milan”la problemim yoxdur. Amma bu klubda da çalışmaram. Bu, sadəcə, hörmət məsələsidir”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər