La Liqa: "Real Madrid" ilk məğlubiyyətinə üzüldü

La Liqa: "Real Madrid" ilk məğlubiyyətinə üzüldü

Bu gün futbol üzrə İspaniya La Liqasında VIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bazar günü daha beş görüş reallaşıb.    “Elçe”nin evdə “Selta”nı, “Vilyarreal”ın “Betis”i yendiyi gündə “Sevilya” səfərdə “Qranada”ya boyun əyib.   Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Real Sosyedad” “Xetafe” ilə heç-heçə oynayıb.   Lider “Real Madrid” səfərdə “Espanyol”a uduzub. Paytaxt təmsilçisi bu mövsüm ilk dəfə ölkə çempionatında məğlubiyyətə üzülüb.  

İspaniya La Liqası VIII tur

3 oktyabr 

Elçe – Selta 1:0 Qol: Benedetto, 49.   Espanyol – Real 2:1 Qollar: De Tomas, 17. Vidal, 60 – Benzema, 71.   Vilyarreal – Betis 2:0 Qollar: Danjuma, 45+1; 69.   Xetafe – Real Sosyedad 1:1 Qollar: Ramires, 40 – Oyarzabal, 68.   Qranada – Sevilya 1:0 Qol: Roşina, 25.

2 oktyabr 

Osasuna - Rayo Valyekano 1:0 Qol: Sançes, 90+1

Malyorka - Levante 1:0 Qol: Baba, 74

Kadis - Valensiya 0:0

Atletiko Madrid - Barselona  Qollar: Lemar, 23, Suares, 44

1 oktyabr 

Atletik – Alaves 1:0 Qol: R.Qarsiya, 44.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər