ÇL: “Real Madrid”lə “Napoli”dən səfər qələbəsi

ÇL: “Real Madrid”lə “Napoli”dən səfər qələbəsi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start götürən qarşılaşmalardan biri İngiltərədə, digəri Almaniyada baş tutub.

Gecənin ən prinsipial matçı "Enfild"də "Liverpul"la İspaniya "Real Madrid"i arasında reallaşıb. Tərəflər indiyədək Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də "kral klubu", 3-də "qırmızılılar" qalib gəlmişdilər. Bir qarşılaşma isə heç-heçə ilə yekunlaşmışdı. Məhsuldar keçən bu oyunda isə Madrid təmsilçisi əzmkar qələbəyə sevinib.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si "Ayntraxt"ın qonağı olub. İki komandanın ÇL-də yolu cəmi bir dəfə kəsişib. 1994/1995 mövsümünə təsadüf edən hər iki qarşılaşma Bundesliqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda isə Neapol təmsilçisi qələbə qazanan tərəf olub.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bayern"i Fransada PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 21 fevral

"Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) 2:5 Qol: D.Nunes, 4. Salah, 14 – Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67. Baş hakim: İştvan Kovaç (Rumıniya) Liverpul, "Enfild" stadionu

"Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) 0:2 Qol: Osimhen, 40. Di Lorentso, 65. Baş hakim: Artur Diaş (Portuqaliya) Frankfurt, "Frankfurt" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər