ÇL: "Qarabağ"ın rəqibi yenə məğlub oldu, "Qalatasaray" Fransadan əliboş dönür

ÇL: "Qarabağ"ın rəqibi yenə məğlub oldu, "Qalatasaray" Fransadan əliboş dönür

UEFA Çempionlar Liqasında əsas mərhələnin 6-cı turu start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 9 oyun keçirilib.

Gecənin yeganə darmadağını Londonda reallaşıb. "Tottenhem" "Slaviya"nı 3 cavabsız qolla üstələyib. "Qalatasaray" Fransada "Monako"ya, "Kayrat" Qazaxıstanda "Olimpiakos"a uduzub. "İnter" isə Milanda bu mövsüm qeyri-sabit çıxışla diqqət çəkən "Liverpul"a yenilib. "Atletiko Madrid" PSV ilə Eyndhovendəki dueldən çətin qələbə ilə ayrılıb.

"Bayern Münhen" evdə "Sportinq"i, "Atalanta" "Çelsi"ni, "Barselona" "Ayntraxt"ı məyus edib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 6-cı tur 9 dekabr

Kayrat (Qazaxıstan) – Olimpiakos (Yunanıstan) 0:1 Qol: Martins, 73.

Bayern Münhen (Almaniya) – Sportinq (Portuqaliya) 3:1 Qollar: Qnabri, 65. L.Karl, 69. C.Ta, 77 – Kimmix, 54-öz qapısına.

Atalanta (İtaliya) – Çelsi (İngiltərə) 2:1 Qollar: Skamakka, 55. De Ketelare, 83 – J.Pedro, 25.

Barselona (İspaniya) – Ayntraxt (Almaniya) 2:1 Qollar: Kunde, 50; 53 – Knauff, 21.

İnter (İtaliya) – Liverpul (İngiltərə) 0:1 Qol: Soboslai, 88-pen.

Monako (Fransa) – Qalatasaray (İtaliya) 1:0 Qol: Baloqun, 68.

PSV (Niderland) – Atletiko Madrid (İspaniya) 2:3 Qollar: Til, 10. Pepi, 85 – X.Alvares, 37. Hansko, 52. Sörlot, 56.

Yunion (Belçika) – Olimpik Marsel (Fransa) 2:3 Qollar: Xalaili, 5; 71 – Payşao, 15. Qrinvud, 41; 58.

Tottenhem (İngiltərə) – Slaviya (Çexiya) 3:0 Qollar: Zima, 26-öz qapısına. M.Kudus, 50-pen. X.Simons, 79-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər