Çempionlar Liqasının Liqa mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 6 görüş reallaşıb.
“Qarabağ” Lissabonda möhtəşəm geridönüşlə tarix yazıbsa, Ağdam komandasının rəqiblərindən olan “Atletik” Bilbaoda “Arsenal”a yenilib.
“Real Madrid” öz meydanında “Olimpik Marsel” üzərində Kilian Mbappenin penaltidən vurduğu qollarla çətin qələbə qazanıb. “Yuventus” – “Borussiya” (Dortmund) matçında tərəflər hərəyə 4 qol vuraraq bərabərliyə razılaşıblar.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 16 sentyabr
PSV (Niderland) – “Yunion” (Belçika) 1:3 Qollar: Van Bommel, 90 – P.David, 9-pen. El Hadj, 39. Makallister, 81.
“Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə) 0:2 Qollar: Martinelli, 72. Trossard, 87.
“Real Madrid” (İspaniya) – “Olimpik Marsel” (Fransa) 2:1 Qollar: Mbappe, 29-pen; 81-pen – T.Vea, 22.
“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) 2:3 Qollar: E.Barreneçea, 6. V.Pavlidis, 16 – L.Andrade, 30. K.Duran, 48. A.Kaşuk, 86.
“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 4:4 Qollar: K.Yıldız, 63. Vlahoviç, 67; 90+4. Kelli, 90+6 – Adeyemi, 52. Nmeça, 65. Kouto, 74. Bensebaini, 86-pen.
“Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya) 1:0 Qol: L.Junior, 4-öz qapısına.
