ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə, "Fənərbağça"nın Niderland sınağı

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə, "Fənərbağça"nın Niderland sınağı

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunlarına bu gün keçiriləcək 6 matçla yekun vurulacaq.

Azərbaycan çempionu “Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə (Bolqarıstan) ilə “Ferentsvaroş” (Macarıstan) bu gün birincilərin meydanında üz-üzə gələcəklər. 

Günün daha bir maraqlı görüşü Niderlandda baş tutacaq. Türkiyə nəhəngi “Fənərbağça” “Feyenoord”un qonağı olacaq.

Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" ötən gün Şimali Makedoniyada "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar 7 avqust

19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya) 21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika) 21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) 22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya) 23:00. "Feyenoord" (Niderland) - "Fənərbağça" (Türkiyə) 23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər