ÇL: "Qarabağ"ın potensial rəqibləri heç-heçə etdilər, "Fənər" uduzdu

ÇL: "Qarabağ"ın potensial rəqibləri heç-heçə etdilər, "Fənər" uduzdu

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları yekunlaşıb.

Fanat.Az xəbər verir ki, bu gün 6 görüş reallaşıb.

"Qarabağ"ın pley-off mərhələsində potensial rəqiblərinin - "Ludoqorets"lə "Ferentsvaroş"un Bolqarıstandakı dueli qolsuz bərabərliklə başa çatıb.

"Feyenoord" Niderlandda "Fənərbağça"nı çətinliklə yenibsə, "Kayrat" Qazaxıstanda "Slovan"ı tək qolla üstələyib. "Benfika" isə Fransada "Nitsa" üzərində inamlı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar 6 avqust

Kayrat (Qazaxıstan) – Slovan (Slovakiya) 1:0 Zalsburq (Avstriya) – Brügge (Belçika) 0:1 Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 0:0 Lex (Polşa) – Srvena Zvezda (Serbiya) 1:3 Feyenoord (Niderland) – Fənərbağça (Türkiyə) 2:1 Nitsa (Fransa) – Benfika (Portuqaliya) 0:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər