ÇL: "Qarabağ" "Ayaks"la qarşılaşır

ÇL: "Qarabağ" "Ayaks"la qarşılaşır

UEFA Çempionlar Liqasında Liqa mərhələsində 6-cı tura bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz Niderlandın "Ayaks" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçın start fiti saat 21:45-də səslənəcək. Qarşılaşmanı Slovebiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var. Xalı olmayan "Ayaks" isə sonuncu yerdədir.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 6-cı tur 10 dekabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) Hakimlər: Rade Obrenoviç,  Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan. VAR: Matey Yuq, Alen Boroşak (hakimlər briqadası Sloveniyadandır). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər