ÇL: "Qarabağ" "Atletik Bilbao" ilə qarşılaşır

ÇL: "Qarabağ" "Atletik Bilbao" ilə qarşılaşır

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ikinci oyun günündə İspaniyada "Atletik Bilbao" ilə üz-üzə gələcək.

“San Mames” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Matçda ədaləti İqor Payaçın başçılıq etdiyi Xorvatiyadan olan hakimlər briqadası qoruyacaq.

Keçirdiyi hər iki oyunda qələbəyə sevinən “Qarabağ”dan fərqli olaraq “Atletik Bilbao” ilk iki turda xal toplaya bilməyib. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv evdə İngiltərə “Arsenal”ına 0:2, səfərdə Almaniyanın “Borussiya Dortmund” klubuna 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun komandası isə Portuqaliyada “Benfika”nı 3:2, evdə isə Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə üstələyib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, III tur 22 oktyabr

20:45. "Atletik Bilbao" (İspaniya) – "Qarabağ" (Azərbaycan) Hakimlər: İqor Payats, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Levriç (hamısı Xorvatiya).  VAR: İvan Bebek (Xorvatiya), Fedayi San (İsveçrə)  Bilbao. "San Mames" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər