ÇL: "Qarabağ" Portuqaliyada ilk sınağına çıxır

ÇL: "Qarabağ" Portuqaliyada ilk sınağına çıxır

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsi başlayır. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da ilk oyun günündə imtahan verəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Benfika"nın qonağı olacaq. Paytaxt Lissabondakı "Da Luj" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur 16 sentyabr

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen Lissabon. "Da Luj" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər