ÇL: "Qarabağ" pley-off uğrunda həlledici qarşılaşmaya çıxır

ÇL: "Qarabağ" pley-off uğrunda həlledici qarşılaşmaya çıxır

UEFA Çempionlar Liqasında pley-off uğrunda həlledici oyunlar bu gün start götürəcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ" da 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə cavab görüşünə çıxacaq. 

Ötən həftə Skopyedə baş tutan ilk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada ədaləti FİFA referisi Danni Makkelinin başçılıq niderlandlı hakimlər briqadası qoruyacaq.

Matç saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, bu duelin qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütün güclüsü ilə qarşılaşacaq. Uduzan tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda üz-üzə gələcək.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu 12 avqust

20:00. “Qarabağ” – “Şkendiya” Hakimlər: Danni Makkeli, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal (hakimlər briqadası Niderlanddandır) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. İlk oyun - 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər