ÇL: "Qalatasaray" "Qarabağ"ın rəqibini məğlub etdi

ÇL: "Qalatasaray" "Qarabağ"ın rəqibini məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 9 oyun baş tutub.

“Qalatasaray” İstanbulda “Liverpul”la qarşılaşıb. Türkiyə çempionu güclü rəqibini xalsız yola salıb. 

Qardaş ölkədən məyus ayrılan İngiltərə nəhəngi ÇL-də "Qarabağ"la da üz-üzə gələcək kollektivlərdən biridir.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur 30 sentyabr

Kayrat (Qazaxıstan) – Real Madrid (İspaniya) 0:5 Qollar: Mbappe, 25-pen; 52; 73. Kamavinqa, 83. B.Dias, 90+3.

Atalanta (İtaliya) – Brügge (Belçika) 2:1 Qollar: Samardziç, 74-pen. Paşaliç, 87 – Tsolis, 38.

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0 Qol: Osimhen, 16-pen.

Atletiko Madrid (İspaniya) – Ayntraxt (Almaniya) 5:1 Qollar: Raspadori, 4. Le Normand, 33. Qrizmann, 45+1. C.Simeone, 70. X.Alvares, 82 – Burkardt, 57.

Budyo Qlimt (Norveç) – Tottenhem (İngiltərə) 2:2 Qollar: Hauqe, 53; 66 – Van de Ven, 68. Qundersen, 89-öz qapısına.

Çelsi (İngiltərə) – Benfika (Portuqaliya) 1:0 Qol: Rios, 18-öz qapısına.

İnter (İtaliya) – Slaviya (Praqa, Çexiya) 3:0 Qollar: L.Martines, 30; 65. Dumfris, 34.

Olimpik Marsel (Fransa) – Ayaks (Niderland) 4:0 Qollar: Payşao, 6; 12. Qrinvud, 26. Obameyanq, 52.

Pafos (Kipr) – Bayern Münhen (Almaniya) 1:5 Qollar: Orsiç, 45 – H.Keyn, 15; 34. R.Gerrero, 20. N.Cekson, 31. Olise, 69.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər