ÇL: "Mançester Siti" - "İnter" oyununda sülh, PSJ son dəqiqə qoluna sevindi

ÇL: "Mançester Siti" - "İnter" oyununda sülh, PSJ son dəqiqə qoluna sevindi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha 6 görüş baş tutub. 

"Bolonya" ilə "Şaxtyor"un duelində qol olmayıb. Çexiya "Sparta"sı "Zalsburq"u böyük hesabla yenib.

Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda İtaliya çempionu “İnter”i sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib. Ötən mövsüm İspaniyanın sürpriz komandası olan “Jirona” Fransada PSJ-nin qonağı olub. Görüşün taleyini 1 qol həll edib. Fransızlar son dəqiqə qolu sayəsində qələbə qazanıblar. “Borussiya Dortmund" isə Belçikada “Brügge”ni böyük hesabla üstələyib.  Nəhayət, "Seltik" doğma meydanda "Slovan"ın "daşını daş üstə qoymayıb".

UEFA Çempionlar Liqası Liqa mərhələsi, I tur 18 sentyabr

“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0 “Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0 Qollar: Kayrinen, 2. Olatunji, 42. Latsi, 58.  “Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3 Qollar: Bayonu-Qittens, 76, 86. Qirassi, 90+5. “Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1 Qollar: Skeylz, 17. Furuxasi, 47. Enqels, 56-pen. Maeda, 70. Ayda, 87 - Vimmer, 61. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0 PSJ (Fransa) - Jirona (İspaniya) 1:0 Qol: Qassaniqa, 90-öz qapısına.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər