ÇL: "Mançester Siti" 3:0-ı əldən verdi, PSJ "Bayern"ə uduzdu

ÇL: "Mançester Siti" 3:0-ı əldən verdi, PSJ "Bayern"ə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 9 görüş baş tutub.

Günün ilk oyunları “Milan” ilə Madrid “Atletiko”sunun səfər qarşılaşmaları ilə başlayıb. İtaliya nəhəngi "Slovan"ı çətinliklə yenibsə, ispanlar "Slaviya"ya rəhm etməyiblər. 

Günün digər oyunlarına gəlincə, nəhənglərdən “Barselona” “Brest”ə böyük hesabla qalib gəlib. “Mançester Siti” isə “Feyenoord”la qarşılaşmada 3:0-lıq üstünlüyünü əldən verərək yenə qələbəyə həsrət qalıb. Almaniya çempionu "Bayer" "Zalsburq"u, "Arsenal" ötən turda MS-ni sürpriz məğlubiyyətə uğradan "Sportinq"i darmadağın edib. Günün mərkəzi oyununda isə “Bayern” PSJ-ni üstələməyi bacarıb.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 5-ci tur 26 noyabr

Slovan (Slovakiya) – Milan (İtaliya) 2:3 Qollar: Barseqyan, 24. Marçelli, 88 - Pulişiç, 21. Leau, 68. Avraam, 71.

Sparta (Çexiya) – Atletiko Madrid (İspaniya) 0:6 Qollar: Alvares, 15; 59. Lyorente, 43. Qrizmann, 70. Korrea, 85; 89.

Barselona (İspaniya) – Brest (Fransa) 3:0 Qollar: Levandovski, 10-pen; 90+2. Olmo, 66.

Bayer Leverkuzen (Almaniya) – Zalsburq (Avstriya) 5:0  Qollar: Virts, 8; 30. Qrimaldo, 11. Şik, 61. Qarsiya, 72. 

İnter (İtaliya) – Leypsiq (Almaniya) 1:0 Qol: Lukeba, 27-öz qapısına.

Mançester Siti (İngiltərə) – Feyenoord (Niderland) 3:3 Qollar: Holand, 44-pen; 53. Gündoğan, 50 - Hac Mussa, 75. Ximenes, 82. Hanko, 89.

Bayern Münhen (Almaniya) – PSJ (Fransa) 1:0 Qol: Kim Min-Ce, 38. 

Sportinq (Portuqaliya) – Arsenal (İngiltərə) 1:5 Qollar: İnasio, 47 - Martinelli, 7. Haverts, 22. Qabriel, 45+1. Saka, 65. Trossard, 82.

Yanq Boyz (İsveçrə) – Atalanta (İtaliya) 1:6 Qollar: Qanvula, 11 - Reteqi, 9; 39. De Ketelere, 28; 56. Kolaşinats, 32. Samarciç, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər