ÇL: "İnter" "Arsenal"ı, "Aletiko" PSJ-ni yendi

ÇL: "İnter" "Arsenal"ı, "Aletiko" PSJ-ni yendi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turu başa çatıb.

Fanat.Az xəbər verir ki, bu gün daha 9 matç baş tutub.

PSJ evdə “Atletiko”ya uduzubsa, London “Arsenal”ı da səfərdə “İnter”ə məğlub olub.

“Bayern Münhen” Almaniyada “Benfika”nı minimal hesabla üstələyib. “Barselona” isə “Srvena Zvezda” ilə səfər matçında darmadağına sevinib. "Ştutqart"ın qonağı olan "Atalanta" evə inamlı zəfərlə dönüb.

Qeyd edək ki, növbəti turun oyunları 26-27 noyabr tarixlərində keçiriləcək. UEFA Çempionlar Liqası Liqa mərhələsi, IV tur 6 noyabr

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0 Qol: Vanaken, 52-pen.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1 Qollar: Zubkov, 31. Sudakov, 41 – İmeri, 27.

“Bayern Münhen” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0 Qol: Musiala, 67.

PSJ (Fransa) – “Atletiko Madrid” (İspaniya) 1:2 Qollar: Zair-Emeri, 14 – Molina, 18. Korrea, 90+3.

“İnter" (İtaliya) – “Arsenal" (İngiltərə) 1:0 Qol: Çalhanoğlu, 45+3-pen.

“Feyenoord” (Niderland) – “Zalsburq" (Avstriya) 1:3 Qollar: Mussa, 81 – Konate, 45+2; 58. Quindo, 86.

“Srvena Zvezda” (Serbiya) – “Barselona" (İspaniya) 2:5 Qollar: Silas, 27. Milson, 84 – Martines, 13. Levandovski, 43; 53. Rafinya, 55. Lopes, 76.

“Sparta” (Praqa, Çexiya) – “Brest” (Fransa) 1:2 Qollar: Olatunyi, 90+2 – E.Fernandes, 37. Kayrinen, 80-öz qapısına.

“Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2 Qollar: Lukman, 51. Zaniolo, 88.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər