ÇL: "Araz-Naxçıvan"ın oyunlarına təyinatlar bilindi

ÇL: "Araz-Naxçıvan"ın oyunlarına təyinatlar bilindi

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  təmsilçimuzin oyunları Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovasa (Litva) tapşırılıb.

Bu matçlarda Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

UEFA Çempionlar Liqası 7-ci qrup

29 oktyabr 22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya) Sala Sporturilor Dunarea.

30 oktyabr 19:00. “Araz-Naxçıvan” – “Differdanje 03” (Lüksemburq) Sala Sporturilor Dunarea.

1 noyabr 18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan Sala Sporturilor Dunarea.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər