UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün ikinci oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Rumıniyada təşkil olunan 7-ci qrupun oyununda Lüksemburq çempionu ilə üz-üzə gələcək.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda açılış matçında meydan sahibləri "Yunayted Qalati"ni 2:1 hesabı ilə yenib. "Differdanj" isə ilk matçında Niderlandın "Tigers Roermond" komandasına 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, "Araz-Naxçıvan" qrupda növbəti matçını noyabrın 1-də "Tigers Roermond"a qarşı keçirəcək. UEFA Çempionlar Liqası Əsas mərhələ, 7-ci qrup 30 oktyabr
19:00. Araz-Naxçıvan – "Differdanj" (Lüksemburq) Hakimlər: Valentin Çuplea (Uels), Viktor Şe (Fransa), Aslan Qalayev (Qazaxıstan). Hakim-inspektor: Neboyşa Paniç (Serbiya). UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro. Qalati. "Sala Sporturilor Dunarea".