ÇL: "Araz-Naxçıvan" əsas mərhələdə ilk oyununa çıxır

ÇL: "Araz-Naxçıvan" əsas mərhələdə ilk oyununa çıxır

UEFA Çempionlar Liqasında iştirak edən “Araz-Naxçıvan” əsas mərhələdə mübarizəyə başlayır. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu gün ilk matçını keçirəcək.

VII qrupda yer alan təmsilçimiz meydan sahibi Rumıniya çempionu "Yunayted Qalati" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandanın qrupdakı digər rəqibləri Lüksemburqun "Differdanj" və Niderlandın "Tigers Roermond" kollektivləri olacaq. 

UEFA Çempionlar Liqası Əsas mərhələ, 7-ci qrup 29 oktyabr

22:00. Araz-Naxçıvan (Azərbaycan) – Yunayted Qalati (Rumıniya) Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva). Hakim-inspektor: Nebojsa Paniç (Serbiya). UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro). Rumıniya. "Sala Sporturilor Dunarea".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər