ÇL: "Lion" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı

ÇL: "Lion" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekunlaşıb. 
Fanat.Az xəbər verir ki, "Mançester Siti” "Lion”la üz-üzə gəlib.
Oyun Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade” stadionunda baş tutub.
Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaqdı. Dörd qolun qeydə alındığı matçda gözlənilməz məğlubiyyətlə üzləşən İngiltərə təmsilçisi mübarizəni dayandırıb. Fransa klubu isə növbəti mərhələyə yüksəlib.
Beləliklə, ÇL-in yarımfinalında "Bavariya" "Lion"la, PSJ isə "Layptsiq"lə oynayacaq.
 
Çempionlar Liqası
1/4 final
13 avqust
15 avqust
Mançester Siti (İngiltərə) - Lion (Fransa) 1:3
Qollar: De Breyne, 69 - Korne, 24. Dembele, 79; 87.
Baş hakim: Denni Makkeli.
Portuqaliya, Lissabon. "Joze Alvalade” stadionu.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər