ÇL: “Şelburn” – “Qarabağ” matçının hakimləri bilindi

ÇL: “Şelburn” – “Qarabağ” matçının hakimləri bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la (İrlandiya) keçirəcəyi ilk matçın hakimləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.

VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.

Qarşılama iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər